...

AzMİU tələbələri üçün 2 günlük təlim düşərgəsi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2023 11:23 (UTC +04:00)
AzMİU tələbələri üçün 2 günlük təlim düşərgəsi təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsi, İnnovativ biznes inkubator və AIESEC Azərbaycanın birgə təşkilatçılığı ilə "Startap və onun əsasları" mövzusunda iki günlük təlim düşərgəsi təşkil olunub.

Təlim düşərgəsində SABAH.lab startap akselerasiya mərkəzinin koordinatoru Sultan Abdullayev və Azərbaycan Beynəlxalq Bankı İnnovasiya mərkəzinin koordinatoru Elnur İsazadə tərəfindən tələbələrə startapın əhəmiyyəti, startapda problem və onun təhlili mövzularında seminarlar keçirilib.

Düşərgənin növbəti spikeri Faiq Rüstəmov baş texnologiya direktoru olduğu “Perkskit”in yol xəritəsini və öz təcrübələrini bölüşüb.

AIESEC Azərbaycanda lokal komitə üzrə marketinq direktoru Nizami Baxşəliyev təmsil etdiyi qurumun layihələri, xaricdə könüllülük proqramları haqqında məlumat verib.

Düşərgənin ikinci günündə “Prem” Agentliyinin təsisçisi Hüseyn Dəmirli və “Bookshifa”nın həmtəsisçisi Allahverdi Əliyev tərəfindən “MVP və Startap üçün uğurlu hekayənin qurulması” mövzusunda təlim təşkil olunub.

Daha sonra AIESEC Azərbaycanda satış üzrə lokal komitə direktoru Saida Niftəliyeva, tədbir və layihələr direktoru Mirsadiq Həşimovun təşkilatçılığı əsasında iştirakçılar komanda şəklində bölünərək onlara verilən limitli sahələr üzrə Startap ideyası qurmağa başlayıb.

Düşərgənin sonunda tələbələrə sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti