...

Yerüstü Nəqliyyat Agentliyi tıxaclarla bağlı vətəndaşlara çağırış etdi

Cəmiyyət Materials 17 May 2023 11:24 (UTC +04:00)
Yerüstü Nəqliyyat Agentliyi tıxaclarla bağlı vətəndaşlara çağırış etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.

Bu barədə Trend-ə Trend Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.

Sərnişinlərdən Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq, “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti