Bakı. Trend:
Üçüncü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən apellyasiya şikayəti verənlər olub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
O qeyd edib ki, həmin şəxslərdən 100 nəfərə yaxını şikayət verib:
"Bu rəqəm gözlədiyimizdən az olub", - deyə o qeyd edib.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.