...

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 20 May 2023 23:59 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalibləri mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə böyüklərdən ibarət komandalar arasında çoxnövçülük üzrə qrup hərəkətləri, eləcə də komanda hesabında 39-cu Avropa çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, böyüklərdən ibarət komandalar arasında qrup hərəkətlərində çoxnövçülükdə Bolqarıstan komandası qızıl, İsrail komandası gümüş, Azərbaycan komandası bürünc medala layiq görülüb.

Mükafatları Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov, Azərbaycan gənclər və idman nazirinin müavini, Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva, Avropa Gimnastikasının Bədii Gimnastika Texniki Komitəsinin vitse-prezidenti Elina Aliprandi təqdib ediblər.

Komanda hesabında (fərdi proqramda gimnastların və qrup hərəkətlərində komandaların çıxışlarının nəticələrinin cəmi) Bolqarıstan komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Ukrayna komandası ikinci, İsrail komandası isə komandası üçüncü yeri tutdu.

Mükafatları Avropa Gimnastika İcraiyyə Komitəsinin üzvü Paolo Frizinq, Bədii Gimnastika üzrə Avropa Gimnastika Texniki Komitəsinin üzvü Eliso Bedoshvili, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü, Yarışların direktoru Natalia Bulanova təqdim ediblər.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti