...

İşğaldan azad edilən ərazilər sürətlə internetləşdirilir - İlkin mərhələdə nə qədər magistral fiber-optik kabel çəkiləcək?

Cəmiyyət Materials 22 May 2023 10:56 (UTC +04:00)
İşğaldan azad edilən ərazilər sürətlə internetləşdirilir - İlkin mərhələdə nə qədər magistral fiber-optik kabel çəkiləcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Aztelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” bu prosesi sürətli şəkildə davam etdirir. Paralel olaraq, hazırda işğaldan azad edilmiş və bərpa işlərinə başlanan və məskunlaşan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə mövcud olan texniki imkanlara və tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması və xidmətlərin, o cümlədən telefon, internet və s. təşkili və göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti