...

Azərbaycanın şirin su ehtiyatlarında ciddi azalma var - Anar Cəbrayıllı

Cəmiyyət Materials 26 May 2023 15:25 (UTC +04:00)
Azərbaycanın şirin su ehtiyatlarında ciddi azalma var - Anar Cəbrayıllı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın şirin su ehtiyatlarında ciddi azalma var.

Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-də keçirilən brifinqdə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı kompleks tədbirlər həyata keçirilir.

"Dövlət Su Agentliyinin sədrinin qərarı ilə sudan israfçılığın qarşısını almaq üçün tədbirlər planı hazırlanır. Plana uyğun olaraq hər bir rayon üzrə xüsusi qruplar yaradılıb. Mayın 1-dən qruplar fəaliyyətə başlayıb. Həmin qruplar zavod və fabriklər də və digər obyektlərə baxış keçirir. Qruplar nəzarətdən kənar və qanunsuz istifadə hallarını araşdırır", - deyə A.Cəbrayıllı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti