Bakı. Trend:
Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad edib, necə hazırlaşsın. Neçə ildir ki, proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkologiya və Cənubi Azərbaycan məsələsinə də
elmdə yer ayrılmalıdır.
“Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır.
Bütün nazirliklər akademiya açır, lakin peşə məktəbi açan yoxdur.
Peşə texniki məktəblər olsa ali məktəbə girmək üçün müraciət də çox
olmayacaq. Hər şirkət və təşkilata tapşırıq verilməlidir ki, ciddi
texniki peşə məktəbləri açılsın”, - deyə o əlavə edib.