Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik
etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında
səfərdə olub.
Trend xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində
Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi
ziyarət edib.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş
keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan
nəticələr barədə danışılıb.
Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi
qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.