Bakı. Trend:
Son illər ərzində vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişiklik qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Teymur Musayev Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumuda çıxışında bildirib.
“Əgər əvvəllər vərəmlə xəstələnmə üzrə göstərici hər 100 min nəfərə 43,7 idisə, hazırda bu rəqəm 25,3-dək azalıb. Görülən işlər nəticəsində sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq reytinqdə mövqeyi yaxşılaşıb”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilir.