...

Azərbaycanda çox çətin ürək əməliyyatları icra olunur - Zaur Əliyev

Cəmiyyət Materials 17 İyun 2023 13:24 (UTC +04:00)
Azərbaycanda çox çətin ürək əməliyyatları icra olunur - Zaur Əliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq bir neçə tibb müəssisəsində yerli cərrahlarımız tərəfindən uğurla icra olunur.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, sözsüz ki, Azərbaycan Tibb Universitetinin yetişdirdiyi peşəkar həkim və mütəxəssislərin bu işdə böyük rolu var.

“Bu tibb müəssisəsinin məzunları arasında xarici ölkələrdə ixtisaslaşmış tibbi təhsil almış rezident həkimlərimiz də az deyil. Bu gün onlar həm ölkəmizdə , həm də müxtəlif ölkələrdə əhalinin sağlamlığının keşiyində dayanırlar”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti