...

Xaricdə təhsil almış şəxslər üçün keçiriləcək imtahan təxirə salınıb

Cəmiyyət Materials 23 İyun 2023 17:57 (UTC +04:00)

Bakı. Trend:

Xaricdə təhsil almış şəxslər üçün keçiriləcək imtahan təxirə salınıb.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzi (DİM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən 9 iyul 2023-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan təxirə salınıb.

İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti