...

Sürücülərin nəzərinə: Bu yol iki gün bağlı olacaq

Cəmiyyət Materials 25 İyun 2023 14:00 (UTC +04:00)
Sürücülərin nəzərinə: Bu yol iki gün bağlı olacaq

Bakı. Trend:

25 iyun saat 23:00-dan 27 iyun saat 20:00-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti