Bakı.Trend:
Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40-dan yuxarıdır", - deyə nazir əlavə edib.