...

Ararat Mirzoyana qarşı sui-qəsd törətmək istəyən şəxslərdən birinin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 7 İyul 2023 20:27 (UTC +04:00)
Ararat Mirzoyana qarşı sui-qəsd törətmək istəyən şəxslərdən birinin işi məhkəməyə göndərilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın xarici işlər naziri, parlamentin sabiq sədri Ararat Mirzoyana qarşı sui-qəsd törətmək istəyən şəxslərdən birinin işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, şübhəli bilinən şəxs saxlanıldıqdan sonra dərhal ona ittiham irəli sürülüb, ardınca da həbs edilib.

Qeyd edək ki, müharibənin sonuncu günü Ermənistan parlamentinin binası yaxınlığında iğtişaşlar baş verib və nəticədə həmin vaxt parlament spikeri Ararat Mirzoyan ağır yaralanıb. Mirzoyan çoxsaylı bədən xəsarətləri aldığından huşunu itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti