...

Saxta pulla dövlət rüsumu ödəmək istədi

Cəmiyyət Materials 25 İyul 2023 15:16 (UTC +04:00)
Saxta pulla dövlət rüsumu ödəmək istədi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, DİN-in Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti