Bakı Trend:
Bakıda su polosu üzrə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında Bakı birinciliyi keçirilib.
Trend-in Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına görə, turnirdə 6 komanda mübarizə aparıb.
Bakı Oxford Schooll məktəbində təşkil olunan yarışda Respublika
yüksək idman ustalığı məktəbi , Partner water polo, Qarabağ WP, SKA
water polo, Grow group və Bakı Oxford Schooll komandaları iştirak
edirdi. Azərbaycan Üzgüşülük Federasiyasının və “Qarabağ” Water
Polo klubun təşkilatçılığı ilə keçirilən yarışda Partner water polo
klubu bütün rəqiblərə qalib gələrək turnirin qalibi oldu. Bakı
Oxford Schooll
2-ci və SKA WP komandası isə 3-cü yerlərə sahib olublar. Ulu Öndər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında
Bakı birinciliyinin qalibləri medallarla və bütün turnir
iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.