...

Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirildi

Cəmiyyət Materials 27 İyul 2023 16:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttində Bakı-Sumqayıt sürətli elektrik qatarlarında “Visa” bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, sərnişinlər həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.

Məlumata əsasən, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti