...

9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 5 Avqust 2023 15:28 (UTC +04:00)
9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı AÇIQLANDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:00-dək ümumilikdə 13 180 nəfər ixtisas seçimində iştirak edib.

Onlardan 12871 nəfəri Azərbaycan, 309 nəfəri isə rus bölməsi üzrə təhsil almış şəxslərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-də başlayıb və avqustun 7-si saat 23:59-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti