Bakı. Trend:
Yevlax şəhərində avtomobil yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun N.Nərimanov küçəsində minik avtomobilində yanğın baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində VAZ-2106 markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.