Bakı. Trend:
Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edir.
Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.