...

Ötən ay zəhərlənmədən 7 nəfər vəfat edib

Cəmiyyət Materials 5 Sentyabr 2023 09:27 (UTC +04:00)
Ötən ay zəhərlənmədən 7 nəfər vəfat edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bildirilib ki, qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti