...

29 ildir ki, qardaş yolu gözləyirəm - I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı

Cəmiyyət Materials 5 Sentyabr 2023 16:42 (UTC +04:00)
29 ildir ki, qardaş yolu gözləyirəm - I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Şuşa. Trend:

Qardaşım 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb. Mənim üçün çox çətindir. 29 ildir ki, qardaş yolu gözləyirəm. Bir bacı üçün bilirsiniz bu nə deməkdir?!

Bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən İlham İbişovun bacısı İlhamə İbişova deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsinə qədər qardaşının sağ olduğuna ümid edib.

“Torpaqlarımız işğaldan azad edildikdən sonra ermənilərin əsir və itkinlərə qarşı hansı vəhşiliklər törətdiyini gördük. Onun sümükləri də bizim üçün təsəllidir. İkinci Qarabağ müharibəsində onların qisası alındı. Allah şəhidlərimizə rəhmət etsin”, - deyə qadın əlavə edib.

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Onlara kütləvi məzarlıqla bağlı məlumat verilib.

Xatırladaq ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti