...

AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalanıb

Cəmiyyət Materials 7 Sentyabr 2023 16:00 (UTC +04:00)
AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AMEA-dan Trend -ə verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığının perspektivlərini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin Şuşada türkiyəli həmkarları tərəfindən verilən seysmik stansiyanın quraşdırılması işlərinin davam etdiyini bildirib.

Öz növbəsində AFAD-ın rəhbəri Okay Memiş Türkiyə və Azərbaycan arasında seysmologiya sahəsində əlaqələrin hazırkı vəziyyəti ilə bağlı məlumat verib. Zəlzələlər haqda qarşılıqlı məlumat mübadiləsi və texniki vasitələrin tətbiqi məsələlərinə toxunub.

Görüşdə AFAD və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında seysmoloji tədqiqatlar sahəsində birgə həyata keçirilən işlərdən bəhs olunub, imzalanan əməkdaşlıq müqaviləsinin hər iki təşkilatın bu sahədə əlaqələrinin daha da genişlənməsinə əsas verəcəyi vurğulanıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AFAD-ın rəhbəri Okay Memiş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti