...

Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 8 Sentyabr 2023 11:42 (UTC +04:00)
Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın intiharı ilə bağlı başladılmış cinayət işinin araşdırması davam edir.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin cinayət işi üzrə dindirilmələr keçirilib:

“İstintaq zamanı ayrı-ayrı şəxslərin külli miqdarda dələduzluq faktları ortaya çıxıb. Həmin dələduzluq faktları da ayrıcı icraatda araşdırılır. Çoxsaylı dindirilmələr keçirilib, bank məlumatları götürülüb. Hələlik yekun qərar yoxdur”.

Qeyd edək ki, Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti