...

Yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı AÇIQLANIB

Cəmiyyət Materials 8 Sentyabr 2023 17:18 (UTC +04:00)
Yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-2024-cü tədris ilində 1.6 milyon şagird təhsil alacaq.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq. Eyni zamanda 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

Xatırladaq ki, 2022/2023-cü tədris ilinin əvvəlinə ölkənin 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti