...

Qubada qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdi

Cəmiyyət Materials 11 Sentyabr 2023 11:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 10-u gecə saatlarında Qubada baş verən ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.

Trend xəbər verir ki, üç avtomobilin toqquşması nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, Quba şəhər sakini Turan İlqar oğlu Məlikov və "Mercedes" markalı maşının sərnişini, Xaçmaz rayonunun Nərəcan kənd sakini, 20 yaşlı Sərhəd Yəhya oğlu Məmmədov dünyasını dəyişib.

Qəzada yaralananlar - "Mercedes"in sürücüsü, 29 yaşlı Bakı şəhər sakini Zamik Namiq oğlu İsmayılov, Xaçmaz rayon Nərəcan kənd sakini, 17 yaşlı Məmmədov Amin Tariyel oğlu, Xaçmaz şəhər sakini Rahil Həmidov və Quba rayonunun Hacıhüseynli kənd sakini 68 yaşlı Xəlilov Cahangir Şarafaddin oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Mercedes”, “VAZ 2107” və “Chevrolet Niva” markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti