...

Bu şəxslərə maliyyə sanksiyası tətbiq ediləcək

Cəmiyyət Materials 12 Sentyabr 2023 11:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiya tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə təqdim edilib.

Maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək.

Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti