Bakı. Trend:
Şəkidə piyadanı maşın vurub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, sentyabrın 15-i saat 08 radələrində Şəki şəhəri ərazisində Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 1953-cü il təvəllüdlü Cəfərov Seyfəddin Fəxrəddin oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.