...

Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb - Xanlar Vəliyev

Cəmiyyət Materials 18 Sentyabr 2023 13:42 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb - Xanlar Vəliyev

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Azərbaycan tərəfinə təhvil verilib.

Trend verir ki, bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, konfransdakı müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqər işlərə təkan verəcək.

X.Vəliyev vurğulayıb ki, itkin düşən şəxslərin taleyi daim ölkə Prezidentinin diqqət mərkəzində olub:

“Bununla əlaqədar 44 günlük Vətən müharibəsindən sonra DTX, İtkin Düşmüş, Girov götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girov götürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb. İşğaldan azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti