...

Bakıda müntəzəm avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olunub

Cəmiyyət Materials 19 Sentyabr 2023 12:03 (UTC +04:00)
Bakıda müntəzəm avtobus marşrutlarına 2 mindən artıq avtobus əlavə olunub

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi, daşıma imkanlarının artırılması istiqamətində paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “28 May” metrostansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.

Analoji tədbirlər “Koroğlu” metrostansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.

Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara 277 avtobus əlavə olunub. Ötən gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına ümumilikdə 2 011 ədəd nəqliyyat vasitəsi çıxarılıb.

Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti