...

Bakıda mağaza yandı

Cəmiyyət Materials 21 Sentyabr 2023 09:24 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mağazada yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 m² sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 m² sahədə yanıb.

Qeyd edilib ki, yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti