...

Bakıda yaşayış binasında yanğın olub

Cəmiyyət Materials 21 Sentyabr 2023 18:03 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

FHN-dən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti