...

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Cəmiyyət Materials 25 Sentyabr 2023 17:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sentyabrın 18-24-də koronavirus (COVID-19) əleyhinə 282 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Xəbər lenti

Xəbər lenti