...

“Azercell Telekom” MMC yeni "iPhone 15" smartfonlarını rəsmi olaraq təqdim edir!

Cəmiyyət Materials 29 Sentyabr 2023 13:53 (UTC +04:00)
“Azercell Telekom” MMC yeni "iPhone 15" smartfonlarını rəsmi olaraq təqdim edir!
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Apple Inc." şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan “Azercell Telekom” MMC yeni nəsil "iPhone" smartfonlarının təqdimatını həyata keçirir. Abunəçilərinin müştəri təcrübəsini daha da gücləndirməyi hədəfləyən lider mobil operator ölkə bazarına ən yeni texnologiyaları gətirməyə davam edir.

Beləliklə, sentyabr ayının 29-dan etibarən "iPhone 15" seriyalı smartfonlar "Azercell Eksklüziv" mağazalarında satışda olacaq. Səbirsizliklə gözlənilən növbəti iPhone modelləri yeni bağlantı və ünsiyyət imkanlarını təqdim edəcək.

"Azercell" "iPhone 15" alıcıları üçün xüsusi kampaniya keçirir. Şirkət "Azercell Eksklüziv" mağazalarından iPhone 15 seriyalı smartfonları alan bütün müştərilərinə seçdikləri “Sərbəst” tarifinə bir il ərzində 30% endirim təqdim edir. Bu təklif "Azercell" müştərilərinə "iPhone 15"in yüksək performansından yararlanmaqla yanaşı, rabitə xərclərinə də qənaət etmək imkanı verir.

Yeni "iPhone 15" smartfonlarının ilk sahiblərindən biri olmağa tələsin! 29 sentyabrdan etibarən ən yaxın Azercell Eksklüziv mağazasına gəlin və yeni nəsil rəqəmsal həlləri "Azercell" ilə kəşf edin!

Daha ətraflı məlumat üçün şirkətin rəsmi internet səhifəsinə keçid edin: https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti