...

“Birbank” tələbə təqaüdünün qalibləri arasında UNEC tələbələri liderdir!

Cəmiyyət Materials 16 Oktyabr 2023 15:51 (UTC +04:00)
“Birbank” tələbə təqaüdünün qalibləri arasında UNEC tələbələri liderdir!

Bakı. Trend:

Kapital Bankın “Birbank” tələbə təqaüd proqramının qalibləri müəyyən olunub. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən 3000 tələbənin qatıldğı müsabiqədə UNEC qalib olan tələbə sayına görə liderdir. Belə ki, 15 nəfər qalibdən 6 nəfəri məhz UNEC tələbəsidir.

Qaliblərdən 5 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 1 nəfər isə UNEC SABAH Mərkəzinin tələbəsidir. Proqramın qalibləri 2 il ərzində 300 manat aylıq təqaüd almaqla yanaşı, Kapital Bankda təcrübə keçmək, təlimlərə qatılmaq imkanı əldə ediblər.

Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yüksək, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər qoşulublar. Seçim prosesi bir neçə mərhələdə təşkil edilib və onlayn müraciət, qrup tapşırığı, imtahan və müsahibə mərhələlərindən uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti