...

“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışının qalibləri bəlli oldu (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2023 17:31 (UTC +04:00)
“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışının qalibləri bəlli oldu (FOTO)

Bakı. Trend:

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində keçirilən növbəti ümumrespublika bilik yarışında 50 ali təhsil müəssisəsi arasından Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandası ikinci, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin komandası üçüncü yerə layiq görülüb.

Trend xəbər verir ki, qalibləri Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Elm və təhsil naziri Emin Əmrullayev diplom və hədiyyələrlə təltif ediblər.

Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilən yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin gənclərlə görüşlərini, Ulu Öndərin gənclərə olan mühüm tövsiyələrini və Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub.

Yarışa maraq ilbəil artır və builki bilik yarışına ölkənin 50 ali təhsil müəssisəsinin komandaları qatılmışdı.

İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar.

Komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti