Bakı. Trend:
Balıq tutmaq üçün evdən çıxan və itkin düşən kişinin meyiti tapılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlu Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.
Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.