Bakı. Trend:
"Google Map"da bir neçə nəfər müraciət edib, bir yeri tag edib, hər hansı ad verə bilirlər. Bu, Google Map platformanın imkanlarıdır. Bu istiqamətdə platformalarla müzakirə aparırıq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov deyib.
O vurğulayıb ki, xəritədə həqiqətə uyğun olmayan yerlər,
təxribatedici məqamları aşkar edildikdə aidiyyatı sosial
şəbəkələrdə, platformalara müraciət olunur, silinməsi qeyd
olunur.
"Həmin nöqtələr silinir. Bu, həmin platformanın texniki
imkanlarıdır və bu imkanlar bütün ölkələr, bütün istifadəçilər üçün
eynidir. Vətəndaşlar belə yerlərlə rastlaşırlarlarsa. bizə müraciət
edə bilərlər. Biz isə lazımı tədbirləri görəcəyik", - deyə o əlavə
edib.