...

YAP Xətai rayon təşkilatı inşa yazı müsabiqəsinə və şahmat turnirinə start verib

Cəmiyyət Materials 30 Oktyabr 2023 18:31 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən üç il keçir. Bu münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunur.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı da Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirir. Zəfər Günü münasibətilə Xətai rayon məktəbliləri arasında təşkil olunan "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda inşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.

İnşa yazı müsabiqəsinin və şahmat turnirinin qalibləri 6 noyabr 2023-cü il tarixində YAP Xətai rayon təşkilatında diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti