...

Azərbaycanda mədəniyyət sahələrinin maliyyələşdirilməsi üçün 574,8 milyon manat vəsait nəzərdə tutulub

Cəmiyyət Materials 3 Noyabr 2023 05:03 (UTC +04:00)
Azərbaycanda mədəniyyət sahələrinin maliyyələşdirilməsi üçün 574,8 milyon manat vəsait nəzərdə tutulub

Bakı. Trend:

2024-cü il dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz olmaqla, 574,8 milyon manat təşkil edəcək.

Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Bu göstərici 2023-cü illə müqayisədə 23,9 milyon manat və ya 4,3 faiz çoxdur.

2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,3 faiz-bənd, mütləq ifadədə isə bu xərclər 232,8 milyon manat və ya 1,7 dəfə artıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti