...

Neçə məktəbdə e-jurnal və e-gündəlik tətbiq edilir?

Cəmiyyət Materials 3 Noyabr 2023 16:21 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

453 təhsil müəssisəsində e-jurnal və e-gündəlik tətbiq edilir.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildilib ki, 2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb:

"Sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaşı, Abşeron – Xızı, Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki – Zaqatala, Qazax – Tovuz, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan müəssisələr üzrə 585 000 şagird və 39 000 müəllim istifadə edir.

Platformanın tətbiqinə dəstək vermək üçün təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün təlimlər keçirilib".

Qeyd edək ki, layihənin məqsədi elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşdırılmasıdır. Sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtibi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarəolunması elektronlaşdırılıb. Bununla yanaşı, elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı yaradır. Müəllim-valideyn münasibətlərinin qurulması isə platformanın “Əks-əlaqə” bölməsi vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti