...

Bakıdan Ağstafaya gecə qatarı ilə getmək istəyənlərin NƏZƏRİNƏ: Mümkün olacaq

Cəmiyyət Materials 4 Noyabr 2023 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

QSC-dan Trend-ə verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti