...

ADY gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 7 Noyabr 2023 12:16 (UTC +04:00)
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:

- Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;

- Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;

- Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytından və yaxud "ADY Mobile" tətbiqindən istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti