...

TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Cəmiyyət Materials 8 Noyabr 2023 03:58 (UTC +04:00)
TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı Zəfər Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, təbrik mesajı təşkilatın rəsmi sosial şəbəkə hesablarında yayımlanıb.

Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfər ilə tarixi ədalətin bərqərar olunduğunun vurğulandığı mesajda deyilir: “Qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və Azərbaycan hökumətini 8 Noyabr-Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Bu gün 44 gün davam edən və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsində qazanılan Zəfərin ildönümüdür. Bu Qələbə nəinki Azərbaycan Respublikasının ərazi bütövlüyünü, həm də tarixi ədaləti bərpa etdi”.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti