...

Xaçmazda "Azərbaycan, zəfərinlə ucaldın!" adlı bayram konserti təşkil olunub (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2023 22:11 (UTC +04:00)
Xaçmazda "Azərbaycan, zəfərinlə ucaldın!" adlı bayram konserti təşkil olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Azərbaycan, zəfərinlə ucaldın!" adlı konsert proqramı təşkil olunub.

Trend xəbər verir ki, Zəfər Parkında təşkil olunan tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Konsertdə tanınmış inəsənət ustlarının ifasında Zəfər Gününə, Ümummilli Liderimiz Heydər Əliyevə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar səsləndirilib.

Yerli sakinlərə xoş ovqat bəxş edən musiqili proqram möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti