...

DYP-dən yük avtomobilləri sürüclərinə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 10 Noyabr 2023 10:44 (UTC +04:00)
DYP-dən yük avtomobilləri sürüclərinə XƏBƏRDARLIQ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Baş DYP İdarəsi yük avtomobilləri sürüclərinə xəbərdarlıq edib.

Trend xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti