...

Xaçmazda şəhid Fərid Seyfullayevin əziz xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2023 17:00 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Fərid Xeyrulla oğlu Seyfullayevin şəhadətə yüksəlməsinin üçüncü ildönümü qeyd olunub.

Trend xəbər verir ki, şəhidin anım günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Köhnə Xaçmaz kənd qəbristanlığında şəhidimizin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Vətən uğrunda canını fəda edən şəhidlərin əbədi ehtirama layiq olduğunu bildirib. Fəridin və bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb.

Fərid Seyfullayevin yaxınları şəhidimizin həyat yoluna nəzər yetirib, döyüşlərdəki şücaətindən danışıblar. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Fərid Seyfullayev döyüşlərdə göstərdiyi şücayətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti