Bakı. Trend:
Son günlər dünyada iqlim dəyişikliklərinin fəsadını görürük.
Trend xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.
“Elmi araşdırmalara görə, dünyada istilik 1,1 dərəcə artıb. Əgər bu 2 dərəcəyə yüksəlsə, qida böhranları, müharibələr yaşana bilər. İqlim dəyişikliyinin ən böyük səbəbi isə sənayələşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox kirlədən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir.
Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.
Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.