...

Belçika - Azərbaycan oyunu meydan sahiblərinin səhvi ilə başladı (VİDEO)

Cəmiyyət Materials 19 Noyabr 2023 21:26 (UTC +04:00)

Bakı. Trend:

Belçika - Azərbaycan oyunu meydan sahiblərinin səhvi ilə başladı.

Trend xəbər verir ki, himnimizin əvəzinə İsveçin himni səsləndi.

Xəbərdarlıqdan sonra səhv düzəldildi və himnimiz səsləndi.

Qeyd edək ki, Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Rəqib Belçika yığmasıdır. Brüsseldə - Kral Boduen stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Xəbər lenti

Xəbər lenti