Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis xəməkdaşları tərəfindən 3 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.